Soyuducu istehsalı ilə məşğul olan "Saratov" zavodunun baş direktoru Yevgeni Reznik naməlum şəxslər tərəfindən döyülərək soyulub.
Qaziler.az bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.Xəsarət alan şəxs günün ikinci yarısında evə nahar etməyə gələrkən hücuma məruz qalıb. 63 yaşlı Reznikin içində pullar və sənədlər olan portfeli oğurlanıb.