NATO Gürcüstandakı vəziyyətdən narahatdır

NATO Gürcüstandakı vəziyyətdən narahatdır backend

Gürcüstan parlamentinin üzvü Qivi Tarqamadzenin avtomobilinin partladılmasından narahatıq. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay söyləyib. Onun sözlərinə görə, parlament seçkisi öncəsi olan dövr ölkədə sakit, demokratiyanın ali dəyərlərinə hörmət şəklində keçməlidir.

Qeyd edək ki, Saakaşvilinin əsas tərəfdarlarından olan millət vəkili Qivi Tarqamadzenin avtomobili partladılıb. Nəticədə beş nəfər yaralanıb.