ABŞ elektron kommersiya sektorunda liderlik edərək Şimali Amerika və Avropanı geridə qoyur. 2015-ci ildə ABŞ-da onlayn satışlardan gəlirlərin 349 milyard dollara çatacağı, “RetailMeNot” şirkəti tərəfindən tədqiqatın aparıldığı səkkiz Avropa ölkəsində bu göstəricinin 254 milyard dollar təşkil edəcəyi gözlənilir.
Ölkə həmçinin 115 dollar təşkil edən orta onlayn sifariş göstəricisi üzrə birinci yerdədir. Bu isə səkkiz Avropa ölkəsindən 26 faiz (85 dollar), İsveçdən 21 faiz (91 dollar), Böyük Britaniyadan 22 faiz (90 dollar) və Kanadadan 15 faiz (98 dollar) çoxdur.On ölkədə aparılan tədqiqatdan məlum olub ki, onlayn satışlarda artım bilavasitə mobil ticarətin populyarlığının artması ilə əlaqədardır. ABŞ-da bazar həmçinin tədqiqatın keçirildiyi digər ölkələrlə müqayisədə mobil kommersiya sektorunda sürətlə inkişaf edir. Proqnozlara görə, 2015-ci ildə ABŞ-da mobil kommersiyanın həcmi səkkiz Avropa ölkəsinin 20 faizlik göstəricisi (61,5 milyard dollar) ilə müqayisədə onlayn satışların ümumi həcminin 27 faizini təşkil edəcək.
Bu il onlayn satışların 14 faiz artacağı ABŞ-dan kənar ölkələrdə Şimali Amerika və Avropa bazarlarının böyük beynəlxalq müştəri bazasında maraqlı olan pərakəndə satışla məşğul olanlar üçün cəlbedici olacağı proqnozlaşdırılır. Məsələn, tədqiqatın aparıldığı səkkiz Avropa ölkəsi arasında internet satış həcminin 82 faizi Almaniya, Fransa və Böyük Britaniyanın payına düşür.
Həmçinin Almaniyada elektron ticarətin illik artımının 23 faiz olacağı proqnozlaşdırılır. Hazırda bu ölkə Avropa bazarında onlayn satışların həcminə görə ikinci yeri tutur. Fransada bu göstəricinin 17 faiz (Avropada satış həcminə görə üçüncü yer), Böyük Britaniyada 16 faiz (Avropada onlyan satışların sayına görə birinci yer), Polşada 21 faiz, Kanadada 13 faiz olacağı gözlənilir.
Tədqiqatdan o da məlum olub ki, Kanadada onlayn tranzaksiyaların 64 faizi kredit kartları vasitəsilə həyata keçirilir, ABŞ-da isə bu göstərici 42 faizə bərabərdir. Alternativ ödəniş üsulları, o cümlədən “PayPal” daha çox böyük Britaniya və Polşada populyardır. Bu ölkələrdə alternativ ödənişlərin həcmi onlayn ödənişlərin 20 faizini təşkil edir, - "Payspacemagazine” yazır.