“Facebook”dan yenilik

“Facebook”dan yenilik backend

“Facebook” sosial şəbəkəsi ticarət üçün servis istifadəyə verib.

Qaziler.az Qafqazinfo-ya istinadən bildirir ki, sosial şəbəkədə ay ərzində 450 milyon insan alış-satış həyata keçirir.

“İnsanlara kömək etmək üçün “Marketplace”i istifadəyə verdik” deyə şirkətdən bildiriblər.

Şirkət sövdələşməyə görə məsuliyyət daşımır və aldadılma, oğurluq, şərtlərin ləğv edilməsi və ya keyfiyyətsiz məhsuldan qoruma təqdim etmir.

Şirkətdən bildiriblər ki, ilk mərhələdə "Marketplace" servisi ABŞ, Böyük Britaniya, Avstraliya və Yeni Zellandiyada istifadəyə veriləcək.