Fransada son illər baş alıb gedən islamofobiya "Hərəkatı” orada yaşayan müsəlmanları irqi və dini diskriminasiya ilə ilə üz-üzə qoyur. Belə bir problemin qarşısında digər Avropa ölkələri sadəcə tamaşaçı qismində çıxış edir. Tolerantlıq bəhanəsi ilə hadisələrdən yan keçməyə çalışan "avropidlər” bir dünyanı ədalətə çağırsalar da nədənsə Parisdə polislərin ölkə qanununda yazılmayan əməllərinə biganə yanaşırlar. Əslində küçədə namaz qılan birinə "Sən yoqa ilə məşğul olursan?” sualını verən bir irqdən başqa nə gözləmək olar ki?..
Əsasən Əlcəzairdən və Türkiyədən olan Fransa vətəndaşlarının bu etirazı qitə gündəmini uzun müddət narahat edən məsələlərdən oldu. Fransanın mantes la Jolie şəhərində yaşayan Tuğba Nur adlı isləyicimiz olan türk bizə yazdığı məktubda maraqlı faktlara toxunub. Onun sözlərinə görə, burada ictimai-iaşə obyektlərində, mağazalarda və digər istirahət yerlərində müsəlmanlara qarşı kobud rəftarlara rast gəlmək olar: "Fransızların insanlığa yaraşmayan davranışlarını açığı anlamaq çətindir. Keçən dəfə kafedə bir Əlcəzairdən olan hicablı qadına ofisiantın xidmət göstərməkdən imtina etdiyini gördüm. Onlar arasında keçən kiçik dialoqda restoranın ofisiantı müsəlmanları terrorist kimi gördüyünü dedikdən sonra aralarında kiçik mübahisə yarandı. Qadın sonda restoranı tərk edib getdi”.Bir vaxtlar Amerikada zəncilər qarşı iqri ayrı-seçkilik dünya gündəmini narahat etməyə başlamışdı. O vaxtlar zənci qəbiləsindən olan xalqlar dünyada qul təbəqəsi kimi tanınırdı. Lakin indi görürük ki, ABŞ-ın ölkə başçısı zənci bir prezidentdir. Dünya haqsızlığa heç vaxt göz yuma bilməz. Bir gün elə Avropada cəmiyyət tərəfindən təzyiqlər görən müsəlmanlar həmin dövlətlərin idarə heyətində mühüm bir mövqe tutanda irqçilərin ümumi anomaliyasının necə olduğunu görəcəksiniz. İrqi diskriminasiya hər yerdə eyni təzahürdür. İstər zəncilərə qarşı olsun, istər müsəlmanlara qarşı.
Padrenin ölümü ilə bağlı cənazə namazı
Ötən günlərdə Türkiyənin "Euronews” xəbər agentliyi belə bir veriliş hazırladı. Parisdə dini üsyançılar tərəfində qətlə yetirilən padre Jak Hamel adlı şəxsin ölüm ilə bağlı müsəlman cəmiyyəti paytaxtda yerləşən məsciddə cənazə namazı qıldılar. Daha sonra müsəlman qrupu toplaşaraq kilsədə dini ayınə qoşuldular. Bu təşəbbüsü dinlərarası və millətlərarası barışıq naminə edildiyini söyləyən axund bildirib ki, bizim üçün kilsə də Allahın evidir, xristianlar da bizim qardaşımızdır.
Avropada son aylar baş verən ardıcıl terraktlar sözsüz ki, qitəni sarısıda bilər. Lakin bunun müsəlmanların etməsi ittihamı tamamilə məntiqdən kənardır. Heç bir dində cana qıyma kimi bir buyuruq yoxdur. Lakin cahillikdən kənar qalmayan "savadlı” avropalılar mexanika, İKT sahəsində mükəmməl bilik sahibi olsalar da, din və isanlıq mövzularında hər zaman "2” qiymət alıblar. Verilən statistikalarda Fransada dini və irqi diskriminasiyaların həddi 11.3 faizə çatıb. Lakin dövlət nümayəndəliklərinin verdiyi açıqlamlarda bu rəqəmin qeyri- rəsmi rəqəmdən çox az olduğu etiraf edilir.
"Bura çimərlikdir, baş örtüyünü çıxar”
Bu sözləri fransız polisləri çimərlikdə istirahə edən hicablı bir qadına söyləyiblər. Təbii ki, müsəlman qadın buna etiraz etsə də, yerli polislərin cəriməsindən qurtula bilməyib. Ölkə qanununda belə bir maddə olmamasına baxmayaraq onların həmin qadına 35 avro cərimə yazması islamofobiya təzahürünün varlığında xəbər verir. Müsəlmanlara qarşı bu qədər qərəzin son 3 ildə daha çox Fransada artması artıq "şeytanı da təəccübləndirib”.
"Gəldiyiniz yerə nə vaxt qayıtmaq niyyətindəsiniz?``
Daha geniş mənada "islamofobiya`` anlayışı islam dininə qarşı səslənmiş və müsəlmanların mənfi reaksiya verdiyi bütün davranış və ifadələri özündə birləşdirir. Belə olan halda bu termin bəzi dairələrdə "ənənəvi`` sərhədlərindən kənara çıxaraq, "islam dininə münasibətdə`` xəbərdarlığın sinonim kimi şərh olunur. Bu səbəbdəndir ki, bir çox alimlər islamofobiyanı irqi ayrı-seçkilik, antisemitizm, ksenofobiya kimi anlayışlarla bərabər gündəmə gətirirlər. Hazırda islamofobiya – islam dininin qəbul edilməməsi, müsəlmanlara qarşı diskriminasiyanı təqdir edən qorxu üzərində qurulmuş düşüncəni təcəssüm etdirsə də, bir çox təhlilçilər bunu "düşmən`` axtarışında olan Qərb mədəniyyətinin "uğurlu`` uydurması kimi şərh edirlər. Bu yanaşmanın təzahürüdür ki, Qərbdə yaşayan müsəlmanlar iş yerindən başlamış, təhsil prosesi, kütləvi informasiya vasitələrində xəbərlərədək həyatın müxtəlif sferalarında özlərinə münasibətdə diskriminativ münasibəti hiss edirlər. Avropa monitorinq mərkəzinin dərc etdiyi "Avropa İttifaqında müsəlmanlar`` hesabatında bu nəticəyə gəlinir ki, qərəzli münasibət müsəlmanların cəmiyyətə inteqrasiya olunması və özlərini onun bərabərhüquqlu üzvü kimi hiss etməsi qarşısında duran əsas maneə olaraq qalmaqda davam edir. Hesabatda qeyd olunur ki, Böyük Britaniyada ölkə üzrə ümumi işsizlik 6% təşkil etsə də, immiqrantlar arasında 11%, müsəlman ölkələrin nümayəndələri arasında isə 20% təşkil edir. Almaniyada türklər arasında işsizlik 21% təşkil etdiyi halda, ümumi ölkə üzrə 8% təşkil etməsi haqlı suallar doğurur. Hansı səbəbdəndirsə, liberal Qərbdə gələcək işçilərin namizədliyini gözdən keçirən işəgötürənlər müsəlman işçilərdən imtina etməyə üstünlük verirlər. Sözügedən tendensiya təhsil sahəsində də müşahidə olunur. Müsəlmanların ali təhsilə yiyələnməsi qarşısında ciddi əngəllər yaradılır. Bu isə onların gələcək sosial statuslarına təsir edir. Bundan başqa müsəlmanlar bir qayda olaraq şəraiti daha aşağı səviyyədə olan yerlərdə yaşamağa məcbur olurlar. Bu da onların daha səviyyəli məktəblərə getmək imkanını məhdudlaşdırır. Müsəlmanlara qarşı neqativ münasibət ümumən bütün immiqrant və milli azlıqlara münasibətdə özünü daha qabarıq şəkildə göstərir. Yuxarıda qeyd olunan hesabatda Rotterdamda yaşayan gənc müsəlman qadının başına gələn hadisədən bəhs olunur. Tez-tez verilən "Gəldiyiniz yerə nə vaxt qayıtmaq niyyətindəsiniz?`` sualına cavab olaraq müsəlman xanım "Mənim getməyə yerim yoxdur, çünki mən burda, Rotterdamda doğulmuşam`` cavabını verir. Bu cavab çoxlarının ürəyincə deyil. Davamlı olaraq verilən bu cür suallar isə müsəlmanların vətəndaşları olduqları dövlətdə özlərini gəlmə kimi hiss etmələrinə səbəb olur.
Avropada islamofobiyanın yüksəlişini təsdiq edən bir digər fakt isə ötən il Avropa Parlamentinə keçirilmiş seçkilərin nəticələri oldu. Seçkilərdə 25% səs toplayan Marin Le Penin "Milli cəbhə``si, 28% səs qazanan İngiltərə Müstəqillik partiyası kimi qüvvələr radikal sağın dəstəkçilərinin sürətlə artdığını göstərir.
Bu diskriminasiyanın nəticəsidir ki, məscid və müsəlman mərkəzlərinə qarşı vandalizm aktları çoxalır, hicab geyinən qadınlara münasibətdə təhqirlər, aeroportlarda əlavə yoxlamalar artır.
Rüfət Soltan