Türkiyədə FETÖ şəbəkəsi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində Ankara Cümhuriyyət Prokurorluğunun qərarı ilə 2010-cu ildən bəri hərbi attaşe vəzifəsində çalışanlara qarşı əməliyyatlara başlanılıb.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı 300 nəfərlik siyahı tərtib edilib.Həmin siyahıda adıçəkilən şəxslərdən 40-nın saxlanıldığı və əməliyyatların davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, məsələ ilə bağlı ali hərbi dairələr məlumatlandırılıb.