Malayziyanın Kacanq şəhərində sərnişin helikopterinin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, insident zamanı Malayziyanın baş nazirinin köməkçisi Azlin Alias və sabiq Elm, texnologiya və innovasiya naziri, ölkə parlamentinin deputatı Camaluddin Carcis həlak olublar.Qəzanın səbəbləri barədə məlumat verilmir.