Gürcü mətbuatı yazır...

Gürcü mətbuatı yazır... backend

"Gürcüstanda TANAP qaz kəmərinin tikintisinə 2 milyard dollar xərclənəcək". Gürcüstan prezidentinin müşaviri: "TANAP vasitəsi ilə qazı 2018-ci ildən alacağıq"

APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, bunu Gürcüstan prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Georgi Abaşişvili deyib.

Onun sözlərinə görə, Trans Anadolu qaz layihəsi vacib bir layihədir: "Gürcüstan üçün bu layihə böyük əhəmiyyət kəsb edir. Ümumilikdə bu layihəyə 45 milyard dollar vəsait ayrılıb, Gürcüstan ərazisində infrastruktur tikintisinə isə 2 milyard dollar xərclənəcək. Bu, çox vacibdir, çünki yeni iş yerləri açılacaq. Limanlarımız və dəmir yolumuz vasitəsi ilə əlavə yüklər daşınacaq. Əlbəttə, ölkəmiz belə infrastruktur layihələrin həyata keçirilməsində böyük təcrübə əldə edəcək".

G. Abaşişvili region iqtisadiyyatının inkişafında Gürcüstanın körpü rolu oynadığını bildirib: "Bu körpü vasitəsi ilə Çin və Yaponiyadan yüklər daşınacaq. Bu istiqamətdə üç dövlətin iştirakı prinsipial əhəmiyyət kəsb edir, buna görə də biz Türkiyə və Azərbaycanın tərəfdaşı sayılırıq".

Gürcüstan prezidentinin müşaviri TANAP qaz kəməri vasitəsi ilə ölkəsinin 2018-ci ildən qaz alacağını bildirib: "2019-ci ildə isə Avropa TANAP vasitəsi ilə qaz alacaq. Bu, layihənin Gürcüstan üçün sərfəli olduğu aydın görünür və biz onun müsbət nəticələrini görəcəyik".
Diaspora