30 il sonra azadlığa buraxılıb

30 il sonra azadlığa buraxılıb backend

Amerika Birləşmiş Ştatlarının Alabama ştatında həbsxanada təxminən 30 il edam cəzasını gözləyən şəxs azadlığa buraxılıb.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, 58 yaşlı Entoni Rey Hinton 1985-ci ildə Birmingem şəhərində iki restoran menecerinin qətlində günahkar bilinərək ölüm cəzasına məhkum olumuşdu.

Bütün bu illər ərzində məhkum günahkar olmadığını iddia edib. Nəhayət, keçən il onun işinə yenidən baxılması qərara alınıb. Yeni kriminal ekspertiza zamanı mütəxəssislər qətl yerindəki güllələrin Hintonun evində tapılmış revolverə aid olduğunu sübut edə bilmədiyindən məhkəmə işi bağlamaq məcburiyyətində qalıb.

Hintonun vəkili Brayan Stivenson müştərisinin mühakimə olunmasının səbəbini onun yetərli hüquq məsləhəti ala bilməməsi ilə izah edib.




Diaspora