İranın problemi İstanbulda müzakirə olundu

İranın problemi İstanbulda müzakirə olundu backend

İstanbulda Fransa, Almaniya və Böyük Britaniyanın nümayəndələri İran XİN rəhbərinin müavini ilə İranın nüvə probleminə dair danışıqlar aparıblar.

“Anadolu” afentlyinin verdiyi xəbərə görə, İranı danışıqlarda XİN rəhbərinin müavinləri Abbas Əraqçı və Məcid Taxt-Rəvançı təmsil edib. Avropa ölkələri tərəfindən danışıqlarda Nikolya Qarye (Fransa), Hans Ditrix Lukas (Almaniya) və Sayman Qass (Britaniya) iştirak edib. Görüş zamanı tərəflər İranın nüvə probleminin nizamlanması istiqamətində birgə səyləri müzakirə edib. Danışıqlar fevralın 8-də Təhlükəsizlik üzrə Münhen konfransında XİN rəhbərləri səviyyəsində Davam etdiriləcək.
Diaspora