Avropa İttifaqı Azərbaycanda keçirilmiş referenduma münasibət bildirib

Avropa İttifaqı Azərbaycanda keçirilmiş referenduma münasibət bildirib backend

Avropa İttifaqı (Aİ) Azərbaycanı Venesiya Komissiyasının konstitusiyaya dəyişikliklərlə bağlı rəyini nəzərə almağa çağırır.

Qaziler.az bildirir ki, APA-nın Aİ-yə istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin Azərbaycanda keçirilən referendumla bağlı açıqlamasında deyilir.

Açıqlamada deyilir ki, AŞPA-nın qiymətləndirmə missiyasının ilkin açıqlamasına görə, əhalinin əksəriyyəti sakit şəraitdə keçirilmiş referendumda irəli sürülmüş 29 dəyişikliyin lehinə səs verib: “Əvvəlcədən parlamentdə gedən debatlar zamanı bəzi çatışmazlıqlar qeydə alınıb".

Avropa İttifaqı Azərbaycanı konstitusiya dəyişiklikləri layihəsinin həyata keçirilməsi zamanı Venesiya Komissiyasının rəyini nəzərə almağa çağırır: "Avropa İttifaqı bu və digər vacib məsələlərdə Azərbaycanla dialoq aparmağa davam edəcək”.