66 gün okeanda qalan dənizçi danışdı

66 gün okeanda qalan dənizçi danışdı backend

Qailzer.az anspress.com-a istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında 66 gün açıq dənizdə qaldıqdan sonra sağ qurtarılan Luis Cordanın hekayəti gündəmi zəbt edib.

"Müasir Robinzon" adlandırılan 37 yaşlı bu şəxs başına gələnləri "ABC" telekanalına müsahibəsində danışıb. Dənizçi bu müddət ərzində necə sağ qaldığını təsvir edib.

"Mən su ehtiyatımı elə bölmüşdüm ki, uzun müddət dözmək üçün gündə bir stəkan su içirdim. Elə susuz idim ki. Suyum da qurtarmaq üzrə idi. Hər gün Tanrıya dua edirdim ki, mənə su göndərsin. Yalvarırdım ki, yağış göndərsin. Və məhz su ehtiyatım tamamilə qurtaran kimi, nəhayət, hava şəraiti əlverişli oldu və yağış yağdı" - deyə xilas edilən dənizçi belə deyib.

Luis Cordan bir neçə gün əvvəl ABŞ-ın Karolina ştatı sahillərində bir alman tankeri tərəfindən tapılıb. 66 gün ərzində tərsinə çevrilmiş gəmisinin üstündə çiy balıq yeyib, yağış suyu içən dənizçinin səhhətində heç bir problem yaranmayıb və o, müalicədən imtina edib.
Diaspora