Şimon Peres vəfat etdi

Şimon Peres vəfat etdi backend

İsrailin sabiq prezidenti Şimon Peres 93 yaşında dünyasını dəyişib.

Qaziler.az BBC-yə istinadla xəbər verir ki, sabiq prezident Tel-Əvivdəki xəstəxanalardan birində vəfat edib.

İki həftə əvvəl qəfil iflic keçirən Peres Şeba Tibbi Klinikasının reanimasiya bölməsində müalicə alırdı. Onun səhhəti ötən gündən etibarən pisləşməyə başlayıb.

Qeyd edək ki, Ş.Peres Fələstin problemi ilə əlaqədar sülh danışıqlarındakı fəal roluna görə 1994-cü ildə Nobel sülh mükafatına layiq görülüb.