Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib

Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib backend

Qırğızıstanın paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.

İclasda Azərbaycanı Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov təmsil edib. Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldaev iclası açaraq gündəliyə 16 məsələnin daxil olduğunu söyləyib.

Qaziler.az AZERTAC-a istinadən bildirir ki, iclasda MDB ölkələri arasında siyasi, ticari, iqtisadi, mədəni, humanitar və digər sahələrdə fəaliyyətin əlaqələndirilməsi, həmçinin sərhədlərin və ərazi bütövlüyünün qorunması, hərbi sahədə əməkdaşlığın gücləndirilməsi, mübahisəli problemlərin sülh yolu ilə həlli və digər məsələlər müzakirə edilib. 2016-2020-ci illərdə sərhədlərin təhlükəsizliyinin qorunması sahəsində Əməkdaşlıq Proqramı, Helsinki Yekun Aktının imzalanmasının 40 illiyi ilə bağlı nazirlərin bəyanatı qəbul olunub.

Proqramda üzv ölkələr arasında elmi tədqiqatların aparılması, hərbi-texniki əməkdaşlıq və humanitar sahədə kadrların hazırlanması istiqamətində əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.

İclasda 2014-cü ildə MDB ölkələrinin Xarici İşlər nazirlikləri arasında Əməkdaşlıq Planı haqqında məlumat verilib, 2015-ci il üçün yeni Əməkdaşlıq Planı təsdiq edilib.
Diaspora