Bağdad ətrafında törədilən 5 partlayış və bir atışma nəticəsində 21 nəfər öldürülüb. APA-nın “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin cənub ətrafında törədilən iki partlayış nəticəsində 7 nəfər ölüb, 19 nəfər yaralanıb.
Bundan başqa naməlum silahlı şəxslər şəhərin qərb ətrafında nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Nəticədə 3 hərbçi həlak olub, 7 nəfər yaralanıb.Daha bir qanlı hadisə Bağdadın şimalında qeydə alınıb. İki terrorçu-kamikadzenin yerli özünümüdafiə dəstəsinin qərargahına hücum edərək üzərilərində olan partlayıcı qurğuları işə salıblar. Nəticədə 7 nəfər ölüb, 21 nəfər yaralanıb.
Şəhərin şimal ətrafında partladılan avtomobil isə 3 polis və 1 dinc sakinin həyatına son qoyub, 11 nəfər yaralanıb.