ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) atışma nəticəsində, üçyaşlı uşaq daxil olmaqla, 8 nəfər yaralanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.CBS telekanalının xəbərinə görə, polis hadisəni törətməkdə şübhəli bilinən üç şəxsi axtarır.
Onlardan biri tüfəng, digərləri isə tapança ilə silahlanıb.