İstanbulda dəhşətli qəza - Möcüzə nəticəsində sağ qaldılar

İstanbulda dəhşətli qəza - Möcüzə nəticəsində sağ qaldılar backend

İstanbulda sərnişinlə sürücü arasında baş verən mübahisə qəzaya səbəb olub.

Qaziler.az bildirir ki, ATV.az-ın məlumatına görə, qəza zamanı 11 nəfər yaralanıb. Bildirilir ki, hadisə zamanı sərnişin sürücünün başına çətirlə zərbə endirib. Daha sonra sürücü idarəetməni itirib. Nəzarətdən çıxan nəqliyyat vasitəsi digər sərnişin avtobusu və minik maşınları ilə toqquşub. Zəncirvari qəza zamanı ümumilikdə 5 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Qəza zamanı tələfatın qeydə alınmaması möcüzə kimi qiymətləndirilir. Hadisədən dərhal sonra qəzaya səbəb olan sərnişin polis nəzarətinə götürülüb.