Rusiyanın Çita şəhərində Böyük Vətən müharibəsinin 100 yaşlı veteranı Yuri Kelyak intihar edib.
APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a Rusiya İstintaq Komitəsinin yerli idarəsindən bildirilib.“Yuri Kelyak övladları ilə yaşayıb, o evdə tək olduğu vaxt özünü asıb”, deyə mənbə bildirib. Onun sözlərinə görə, bundan əvvəl o dəfələrlə həyatdan yorulduğunu bildirib.
Fakt üzrə araşdırmalara başlanılıb.