ABŞ İran üzərindən sanksiyaların götürülmə müddətini açıqlayıb

ABŞ İran üzərindən sanksiyaların götürülmə müddətini açıqlayıb backend

İranın nüvə proqramı ilə bağlı saziş imzalandıqdan sonra sanksiyaların Tehran üzərindən götürülməsi prosesi bir ilədək davam edə bilər.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf bildirib.
O əlavə edib ki, İranın lazımi addımları daha tez atacağı təqdirdə sanksiyaların ləğv edilməsi prosesi sürətlənə bilər.
Mari Harfın sözlərinə görə, dövlət katibi Con Kerri hesab edir ki, nüvə proqramı ilə bağlı yekun saziş imzalandıqdan sonra sanksiyaları dayandırılması istiqamətində lazımi addımların atılması üçün Tehrana azı altı ay müddət lazım olacaq.
“İrana qarşı sanksiya rejimi Tehranın beynəlxalq öhdəliklərə sadiqliyini təsdiqləyəcəyi təqdirdə yumşaldılacaq”, deyə o əlavə edib.
Harf qeyd edib ki, İran tərəfindən gələcəkdə atılacaq lazımi addımlar MAQATE Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) tərəfindən təsdiqlənməlidir.
Qeyd edək ki, Lozannada əldə olunan razılaşmaya əsasən İran 10 il ərzində uranın zənginləşdirilməsi üzrə istehsal gücünün 2/3 hissəsini dayandırmalıdır. Bundan başqa, İran uranın zənginləşdirilməsinə dair bütün proqramları 25 illik beynəlxalq nəzarətdə olacaq.
Tərəflər İranın nüvə proqramına dair saziş üzrə hazırlıq işlərini iyunun 30-dək yekunlaşdıracaq.
Aİ, öz növbəsində, İranın razılaşmaya əməl edəcəyi təqdirdə Tehrana qarşı tətbiq edilən sanksiyaları tədricən aradan qaldırmağa dair öhdəlik götürüb.
Diaspora