Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyə hissəsində tikilən tunel artıq Gürcüstan ilə Türkiyəni birləşdirib.
Hazırda tunelin daxilində kommunikasiya işləri, elektrik kabellərin quraşdırılması və relslərin yerləşdirilməsi həyata keçirilir. İşimizin dinamikası çox yaxşıdır. Sevinirik ki, bizim üçün vacib, eyni zamanda, çox çətin sahə olan tunelin tikintisi artıq başa çatıb.AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili bildirib.
Baş nazirin müavini deyib ki, yaxın günlərdə Azərbaycanın və Türkiyənin nəqliyyat nazirləri ilə birgə görüş keçiriləcək. Nazirlər Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin Gürcüstan ilə Türkiyəni birləşdirən hissəsində tuneldə gedən tikinti-quraşdırma işləri ilə də tanış olacaqlar.