Suriya döyüş təyyarəsi vuruldu

Suriya döyüş təyyarəsi vuruldu backend

İŞİD terrorçuları paytaxt Dəməşq yaxınlığında Suriya ordusuna məxsus döyüş təyyarəsini vurub. Axar.az xəbər verir ki, reaktiv Kalamun bölgəsində terrorçulara məxsus sığınacaqları hədəfə alarkən atəşə tutulub.


Suriya Müdafiə Nazirliyi faktı təsdiq edərək pilotun sağ qaldığını bildirib.

Xatırladaq ki, 4 gün əvvəl Deyr əz-Zor şəhərində Suriya ordusuna məxsus təyyarə terrorçular tərəfindən vurulmuşdu.