Rusiya Fövqəladə Hallar Naziriliyinə (FHN) məxsus Mi-8 helikopteri Moskva vilayətində qəzaya uğrayıb, üç ekipaj üzvü həlak olub.
Qaziler.az-ın xəbərinə görə, bu barədə TASS nəşrinə regionun hüquq-mühafizə orqanlarından məlumat verilib.Bildirilir ki, Mi-8 helikopteri Lyubertsı rayonu Oktyabrsk qəsəbəsi yaxınlığında qəzaya uğrayıb.
RİA Novosti-nin məlumatına əsasən, helikopter təlim uçuşunu yerinə yetirirdi.
Hazırda hadisə yerində xilasedicilər işləyirlər. Qəzanın səbəbləri araşdırılır.