Pakistan və Azərbaycan arasında qardaşlıq və dostluğa əsaslanan möhkəm əlaqələr mövcuddur.
Trend-in məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser bu ölkənin müstəqilliyinin 68-ci ildönümünə həsr edilmiş tədbirdə deyib.Onun sözlərinə görə, Azərbaycan Pakistanın Dağlıq Qarabağ münaqişəsində, Pakistan isə Azərbaycanın Kəşmir münaqişəsindəki dəstəyini qiymətləndirir: "İki ölkə arasında əməkdaşlıq bundan sonra da inkişaf edəcək".
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iki ölkə arasında həmişə möhkəm əlaqələrin olduğunu qeyd edib: "İki ölkə strateji əməkdaşlığı inkişaf etdirir".