İran prezidenti Həsən Ruhani Kubaya rəsmi səfər edib.
“Qafqazinfo”nun “Posta”ya istinadən verdiyi məlumata görə, Ruhani Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sammitində iştirak etməzdən öncə Qoşulmama Hərəkatının Venesuelanın Marqarita adasında keçirilən zirvə toplantısına qatılıb.İran prezidenti səfər çərçivəsində Kubanın 90 yaşlı əfsanəvi lideri Fidel Kastro ilə görüşüb.
Görüşdə iki ölkə arasında dostluq əlaqələri və əməkdaşlıq məsələləri müzakirə olunub.