Türkiyə ordusu Suriyada daha iki şəhid verdi

Türkiyə ordusu Suriyada daha iki şəhid verdi backend

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Suriyada keçirdiyi əməliyyat çərçivəsində iki türk hərbçisi şəhid olub.


"Sabah" qəzeti yazır ki, hərbçilər Rai yaşayış məntəqəsində baş vermiş partlayış zamanı həlak olublar.

Suriyada əməliyyata başlanılandan etibarən 10 türkiyəli hərbçi şəhid olub, 11-i isə yaralanıb.