Bağdadda növbəti dəfə terror aktı törədildi

Bağdadda növbəti dəfə terror aktı törədildi backend

Bağdadın bir neçə rayonunda törədilmiş silsilə partlayışlar nəticəsində 10 nəfər ölüb, 27 nəfər yaralanıb. “Anadolu” agentliyi xəbər verir ki, Əl-Mədayin rayonunda baş verən partlayışda 5 nəfər ölüb, 20 nəfər yaralanıb, Əl-Yusufiyyə bölgəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.


Daha iki nəfər Bağdadın digər ərazilərində baş verən terror aktlarının qurbanı olub.

Partlayışlara görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.