İsveçə qarşı Rusiyadan təhdid artır.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı İsveç mətbuatı özünün mənbələrinə istinadən yayıb. Qəzet hələlik təhdidin sırf nədən ibarət olduğu barədə məlumatın verilmədiyini və bunun milli təhlükəsizlik üçün gizli saxlanıldığını bildirib:“Artıq İsveç kəşfiyyatı bir sıra məlumatlar əldə etməyi bacarıb. Bunun sayəsində Qotland adası və Baltik dənizinə tez bir zamanda hərbi hissələrin yerləşdirilməsi haqqında qərar qəbul edilib. Təhdidin nə olduğu hələ də deyilmir”.
Qeyd edək ki, bundan öncə Rusiya Federasiya Şurasının Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin sədri Yevgeni Serebrennikov İsveçin NATO-ya üzv olacağı təqdirdə Rusiyanın şimal və şimal-şərq istiqamətində öz ordularının sayını artıracağını bəyan edib.