Koreyada Azərbaycan Mədəniyyəti Günü keçirilib

Koreyada Azərbaycan Mədəniyyəti Günü keçirilib backend

Koreyanın ən nüfuzlu təhsil ocaqlarından biri sayılan “Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu”nda (KAIST) və "SolBridge" Universitetində təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı və Azərbaycanın Koreyadakı səfirliyinin dəstəyi ilə KAIST İnstitutunda Azərbaycan Mədəniyyəti Günü keçirilib.

kaist_tedbir_030415__(2)_1428079620.jpg
Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbiri İnstitutun vitse-prezidenti Myenq Sunq Hyon (Myaeng Sung Hyon) giriş sözü ilə açaraq, öz ölkələrinin mədəniyyətlərini Koreyada təbliğ etdikləri üçün azərbaycanlı tələbələrə təşəkkür edib və bu cür tədbirlərin keçirilməsinin ölkələr haqqında biliklərin koreyalı və əcnəbi gənclərə çatdırılması baxımından önəmli olduğunu vurğulayıb.

Daha sonra səfirliyin birinci katibi Fərrux Cumayev çıxış edərək, tədbirə qatıldıqları üçün iştirakçılara təşəkkürünü bildirib, ölkəmizin gələcək inkişafında təhsilin və insan potensialının mühüm rol oynadığını qeyd edib. O, dünyada informasiya texnologiyaları və İKT mühəndisliyi üzrə qabaqcıl yer tutan KAIST İnstitutunda azərbaycanlı tələbələrin təhsil almasının ölkəmizin prioritet sahələrdən biri olan İKT sahəsinin daha da inkişaf etdirilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib və onlara uğurlar arzulayıb.

KAIST İnstitutunun 300-dən artıq müəllim və tələbə heyətinin iştırak etdiyi tədbirdə Azərbaycana dair təqdimat keçirilib, iştirakçılara mətbəx nümunələrimiz, milli rəqslərimiz təqdim olunub və sual-cavab yarışmasında qalib gələn tələbələrə hədiyyələr verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]
Diaspora