Whatsapp-da görünməmiş yenilik - Səsiniz yazıya çevriləcək

Whatsapp-da görünməmiş yenilik - Səsiniz yazıya çevriləcək backend

Dünyanın tanınmış mesajlaşma şəbəkəsi Whatsapp yeni funksiya istifadəyə verib.

Belə ki, artıq səsi avtomatik yazıya çevirmək mümkün olacaq. Bu yenilikdən görəsən Azərbaycandakı whatsapp istifadəçiləri yararlana biləcəkmi?

Dünyanın məşhur mesajlaşma şəbəkəsi olan Vatsapdan daha bir yenilik. İOS platformalı telefonlarda artıq istifadəçilər səslərini avtomatik yazıya çevirə biləcəklər.

Cəmi 88 meqabayt yer tutan yenilik sayəsində vatsapı siri platforması ilə əlaqələndirmək mümkün olacaq. Bəs Azərbaycandakı vatsap istifadəçiləri bu yenilikdən faydalana biləcəklərmi?

Azərbaycanlı whatsap istifadəçiləri o halda bu xidmətdən yararlana bilər ki, SİRİ-nin dəstəklədiyi beynəlxalq dillər, məsələn ingilis və ya rus dilini seçsinlər. Xatırladaq ki, İOS 10 platforması ancaq dünyanın tanınmış telefon markalarından olan Ayfonun son 2 modelində var. Buna görə yeniliyin tətbiq dairəsi hələ ki məhdud çərçivədədir. Çünki android proqram təminatı ilə çalışan telefonların hamısı bu yenilikdən istifadə edə bilmirlər.