Latviya Rusiya neftinə əvəz tapdı

Latviya Rusiya neftinə əvəz tapdı backend

Latviya Rusiya şirkəti "Transneft"in 2018-ci ilə Baltiya ölkələrinin limanları vasitəsilə neft məhsullarının ixracını qurtarmaq qərarını nəzərə alaraq "Yeni İpək yolu" nəqliyyat layihəsinin iştirakçısı olmaq istəyir.

Qaziler.az Virtualaz.org-a istinadən bildirir ki, bu fikri "Baltika assosiasiyası — nəqliyyat və logistika" (BATL) cəmiyyətinin başçısı İnqa Antan Latviya televiziyasına müsahibəsində söyləyib.

Antan noyabrın başlanğıcında Riqada"16+1" formatında keçiriləcək və "Yeni İpək yolu"nu müzakirə edəcək Mərkəzi və Şərqi Avropa ölkələrinin, eləcə də Çin hökuməti başçılarının sammitinə böyük ümidlər bəsləyir.

Onun fikrincə, respublikanın bu marşrutda iştirakı hal-hazırda Latviyanın tranzitdən təcrid olunmaması üçün faktiki olaraq yeganə imkandır: "Biz orada olmalıyıq. Biz çox ümid edirik ki, "İpək yolu"nun bir hissəsi olacağıq”.