İngiltərənin Türkiyədəki səfirliyinin bağlanma səbəbləri - Dr. Naciye Selin Şenocak

İngiltərənin Türkiyədəki səfirliyinin bağlanma səbəbləri - Dr. Naciye Selin Şenocak backend

Paris Dövlət Universitetinin Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin Mədəni-Diplomatiya Kafedrasının rəhbəri Dr. Naciye Selin Şenocak İngiltərənin Türkiyədəki səfirliyinin bağlanma səbəbini “Eurasia Diary”yə açıqlayıb.


15 İyul çevrilişindən əvvəl xarici səfirliklər ehtimal olunan hücuma görə, bağlanma qərarı verdilər. Bu da xarici kəşfiyyat təşkilatlarının ölkəmizdəkinə nisbətən daha fəal işlədiyini göstərir. Xüsusilə, bu iki ölkənin (Almaniya və İngiltərə-Red.) səfirliklərinin bağlanması mühüm bir hadisədir, günü-gündən güclənən və terrorla hədələnən Türkiyəyə qarşı illərdir bəslədikləri və dəstəklədikləri terror təşkilatlarının hücuma keçəcəklərinə bir işarədir.

Cerablus əməliyyatının əsl məqsədi nədir? - Dr. Naciye Selin Şenocak-Buna da bax.

Cerablusu İŞİD-dən azad edən və regionda terror təşkilatlarına qarşı uğurlu əməliyyatlar həyata keçirən Türk Silahlı Qüvvələri xarici qüvvələrin dəstəklədiyi terror təşkilatlarının və Qərb ölkələrinin bölgədəki strateji maraqlarına zərbə vurub. Türkiyənin Rusiya, Çin kimi ölkələrlə yaxın diplomatik əlaqələr qurması, bölgədə yenidən güclü dövlət kimi söz sahibi olması onların bütün planlarını pozur. Bu da onların son silahdan istifadə edərək terror təşkilatlarını Türkiyəyə qarşı tuşlayacağı anlamına gəlir.

PKK-nın Avropada iki strateji mərkəzi var, biri Almaniya, digəri isə İngiltərədir. Cənub-şərqi Anadolu sərhədində PKK və PYD (YPG) terrorçularının hərbi təhsili, siyasi və maliyyə dəstəyi bu ölkələr tərəfindən təmin edilir. İngiltərə əsrlərdir ki, "British Diplomacy" adlı İngilis üsulu ikiüzlülüyünü qoruyub saxlayıb. İstədiyi vaxt FETÖ, PKK məsələsində özünü tərəfsiz, hətta Türkiyəni dəstəkləyən ölkə kimi göstərməyinə baxmayaraq, PKK-nın siyasi propoqandası Avropada İngilis parlementi tərəfindən CEFTUS adlı sözdə araşdırma mərkəzilə əməkdaşlıq etməsi nəticəsində aparılır.

Almaniya isə mövqeyini çəkinmədən göstərir. Türkiyə Prezidentinin 15 İyul çevrilişə cəhddən sonra Almaniyadakı Türk xalqına müraciətinə icazə verməyib senzura tətbiq etməsi, keçən həftələrdə PKK-nın Almaniyada böyük mitinq keçirməsi bu mövqeyi açıq şəkildə nümayiş etdirir.

Bu xəbərdarlıqlar Türkiyədə narahatlıq yaratmaq üçün verilsə də, ciddiyə alınıb lazımi tədbirlər görülməlidir. Türkiyədə aktiv fəaliyyət göstərən xarici kəşfiyyat təşkilatları yaxından təqib edilməlidir.