"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı açıqlama yayıb.
Məlumata görə, ötən gecə daha 30 nəfər Türkiyədən Suriyaya keçməyə cəhd göstərib.Ümumilikdə, sentyabrın 14-dən 15-nə keçən gecə Türkiyə-Suriya sərhədində 887 nəfər sərhədi pozmağa cəhd göstərərkən saxlanılıb.