Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trapm Rusiya dövlət başçısı Vladimir Putinin 82 faiz səs topladığına görə onun güclü olduğunu deyir. Bəli, Səddam Hüseyn də 90 faiz səs yığmışdı.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Barak Obama Donald Trampın Putinə olan rəğbətini kəskin tənqid edərkən deyib.“Aparıcı Lari Kinq Donald Trampa “Putini nə üçün dəstəkləyirsən?” deyə sual verdi. O da “Güclüdür. Səs faizi 82-dir” cavabını verdi. Bəli, Səddam Hüseynin də səs faizi 90 idi”, - Obama qeyd edib.
Ağ Ev rəhbəri Trampın ABŞ-ın gələcəyi üçün ciddi təhlükə yaratdığını deyib.