ABŞ və İsrail dövlətləri 10 illik hərbi yardım paketi ilə bağlı razılaşma əldə edib. Lent.az CNN-ə istinadən xəbər verir ki, ABŞ tarixində ən böyük hərbi yardım razılaşması kimi təqdim edilən müqavilənin dəyəri ümumilikdə 38 milyard dollardır.
Bildirilir ki, ABŞ-la İsrail arasındakı hazırda davam edən hərbi-texniki anlaşmanın müddəti 2018-ci ildə başa çatacaq. Rəsmi Vaşinqtonun İranla münasibətləri düzəltmə cəhdləri və Yəhudi məskənlərinin tikintisi ilə bağlı narazılığa baxmayaraq tərəflər uzunmüddətli hərbi əməkdaşlığı davam etdirməyə qərar verib.