Fransa prezidenti Fransua Ollandın qızı Flora Olland aldadılıb.
ATV.az-ın xarici mətbuata istinadən xəbərinə görə, 24 yaşlı Flora internetdə ev axtarıb, ancaq Parisdə mənzil kirayələmək üçün razılaşdığı adam tərəfindən aldıdılıb. Yeni tədris ili üçün ev axtaran Flora Olland internet vasitəsilə sentyabrın əvvəlində Parisin bahalı küçələrindən birində, 200 avroya, 40 kvadmetrlik və mebeli olan ev tapıb.Evi kirayəyə götürmək üçün anasını zamin göstərən Flora, 2 aylıq kirayə haqqını ev sahibinin bank hesabına köçürüb. Elə aldadıldığını da bundan sonra başa düşüb. Pulu ödədikdən sonra ev sahibini tapa bilməyən Flora Olland həmin şəxsi məhkəməyə verib.