Türkiyənin Ədliyyə Nazirliyi növbəti dəfə ABŞ-dan Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin həbs olunmasını tələb edib.
Qaziler.az "Report"a istinadən bildirir ki, nazirlik bununla bağlı ABŞ hökumətinə rəsmi müraciət göndərib.Ədliyyə Nazirliyi müraciətində F.Gülənin iyulun 15-də dövlət çevirlişinə cəhdə rəhbərlik etdiyini bildirib.
Qeyd edək ki, FETÖ-nün başçısı F.Gülən 1999-cu ildən ABŞ-ın Pensilvaniya ştatında yaşayır.