Arktikadakı Troynoy adasında yerləşən meteoroloji stansiya ağ ayıların hücumuna məruz qalıb. Stansiya işçiləri heyvanların qorxusundan bayıra çıxa bilmir.
Qaziler.az-ın məlumatına görə, Axar.az xəbər verir ki, bu barədə stansiyanın rəisi Vadim Plotnikov məlumat verib.“Şənbə günündən bəri ayılar demək olar ki, stansiyanın pəncərələri altında gecələyir. Çölə çıxmaq təhlükəlidir. Heyvanları qorxutmaq üçün bütün vasitələr bitib”, - rəis bildirib.