Ermənistanda nə baş verir? - İstefa oyunu - VİDEO

Ermənistanda nə baş verir? - İstefa oyunu - VİDEO backend

Aprel döyüşlərində üzləşdiyi ağır məğlubiyyət, ardınca baş verən qiyam Sarkisyan hakimiyyətini çıxılmaz duruma salıb.

Qaziler.az ATV.az-a istinadən bildirir ki, son günlərdə baş verən proseslər isə vəziyyətin daha da gərginləşdiyini göstərər. Baş nazirin istefası, xarici işlər və müdafiə nazirlərinin də istefa verəcəyinə dair məlumatlar belə deməyə əsas verir.

Politoloqlar bildirir ki, baş nazir və ya xarici işlər nazirini dəyişməklə, işğalçılıq siyasəti ucbatından ölkənin düşdüyü durumu ört basdır etmək mümkün deyil. Ermənistan prezidentinin etdiyi kosmetik dəyişikliklər əslində bir qədər əvvəl orduda başlayan kadr dəyişikliklərinin davamıdır.

Bu arada Ermənistanın yeni baş nazirinin namizədliyi təsdiqlənib. İrəvanın keçmiş meri, 53 yaşlı Karen Karapetyan hökumətin iclasında istefa verən Ovik Abramyanı əvəzləyəcək. Xarici işlər naziri Edvard Nalbandyanın yerinə isə prezident aparatının rəhbəri Vigen Sarkisyan təyin olunacaq. Prezident aparatına rəhbərliyin isə Sarkisyanın kürəkəni Mikail Minasyana veriləcəyi gözlənilir. O, hazırda Ermənistanıln Vatikandakı səfiridir.