Qondarma Dnestryanının rəhbəri Yevgeni Şevçuk bölgənin Rusiyaya birləşdirilməsi barədə əmr verib. Axar.az xəbər verir ki, Şevçukun əmri Dnestryanı liderinin saytında dərc olunub. Əmrə əsasən, referendumun keçirilməsi üçün xüsusi komissiya yaradılmalıdır.
Qeyd edək ki, Dnestryanı Moldova ərazisidir. 1991-ci ildə Rusiyanın aktiv dəstəyi ilə bölgədəki separatçılar Moldova mərkəzi hakimiyyətinə tabe olmaqdan imtina ediblər. Rəsmi Kişinyov indiyə qədər Dnestryanı üzərində öz hakimiyyətini bərpa edə bilmir.