Livan parlamenti ölkənin 13-cü prezidentinin adını yenə müəyyən edə bilməyib. Axar.az xəbər verir ki, parlamentdə keçirilən səsvermə zamanı namizədlərdən heç kim yetərli say toplamayıb.
Qeyd edək ki, Livanın eks-prezidenti Mişel Süleymani 2014-cü ilin mayında öz vəzifəsindən uzaqlaşıb. Parlament son 2,5 ildə 44 dəfə prezident seçilməsi üçün səsvermə keçirsə də, uğurlu nəticə əldə edə bilməyib.
Hazırda parlamentdə iki əsas siyasi blok mübarizə aparır. Bunlardan biri keçmiş baş nazir Rafiq Həririnin qardaşı Səad Həririnin rəhbərliyində olan 14 Mart Blokudur. Bu blok Qərb və ərəb ölkələri tərəfindən aktiv dəstəklənir. Digər blok isə 8 Mart Bloku adlanır. Buraya Hizbullah və Qərb əleyhdarı olan digər qüvvələr daxildir.