Ərdoğan əmr verdi: “O qurumlar ləğv edilsin“

Ərdoğan əmr verdi: “O qurumlar ləğv edilsin“ backend

Nazirlər Şurasına əmr verdim: Dünyada bizim məlumatımız xaricində Türkiyə və türk adlı ilə bağlı nə qədər qurum varsa, qadağan edilsin. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Administrasiyada çıxışı zamanı deyib.


“Bizim məlumatımız olmadan yaradılan Türkiyə, yaxud türk adında olan qurumlar qadağan edilməlidir. Bu ünvanların qadağan edilməsini tələb etməliyik. Bunların vasitəsilə bizə qarşı oyun qurmaq istəyirlər. Mən millətimin fərasətinə inanıram. O fərasət 15 iyul gecəsi özünü göstərdi”, - Ərdoğan bildirib.