İngiltərənin “Ekonomist” dərgisi Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin arxasında FETÖ lideri Fətullah Gülənin olmadığını iddia edib. Axar.az xəbər verir ki, “Türkiyədə Gülən təmizliyi” başlıqlı məqalədə çevrilişə cəhddən sonrakı dönəmin cadügər ovuna çevrildiyi qeyd olunub.
“Xeyli xarici ekspert Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı devirmək üçün hazırlanan çevriliş cəhdində fərqli çevrələrdən gələn zabitlərin yer aldığını düşünür. Amma hökumət xüsusilə Gülən camaatını günahlandırır.15 iyul hadisələrindən sonra hökumət təmizləmə əməliyyatına başladı. Ərdoğanın başlatdığı bu əməliyyatlar zamanı 100 mindən çox insan “təmizliyin” qurbanı olub. 50 min dövlət məmuru, hərbçilər, pilotlar və iş adamları, hamısı hədəfdədir”.
Dərgi Türkiyədə baş verən anti-terror əməliyyatlarını 1950-ci illərin əvvəllərində ABŞ senatoru Cozef Makkartinin kommunizmlə mübarizəsinə bənzədib.