Yaponiyada restoran, mağaza, çay evlərinin qarşısına kiçik nimçədə qoyulan duz bir çoxlarının təəccübünə səbəb olur.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu inancın maraqlı tarixçəsi var.Belə ki, keçmiş zamanlarda Yaponiyada yaşamış bir imperatorun cariyə hərəmxanası varmış. Hökmdar hər gecə bir cariyənin yanında qalırmış. Bu qızlardan biri hökmdara aşiq olur. O, imperatorun növbəti gün də onun yanına gəlməsi haqqında düşünür və bununçün yollar axtarır.
Cariyə evin qapısının ağzına duz tökür. Atların duzu sevdiyi də hamıya bəllidir. İmperator bu cariyənin evinin qarşısından keçəndə at duzu yalamağa başlayır və bu zaman onun yerindən tərpətmək də mümkün olmur. Beləliklə, hiyləgər cariyənin istəyi baş tutur və hökmdar onun yanında gecələməli olur.
O vaxtdan qonaqları cəlb etmək üçün Yaponiyada bu üsuldan istifadə olunur. Bunun bir növ tilsim xarakteri daşıdığına inanırlar.