NATO PA-nın növbəti yaz sessiyası Tbilisidə keçiriləcək

NATO PA-nın növbəti yaz sessiyası Tbilisidə keçiriləcək backend

NATO Parlament Assambleyasının (NATO PA) növbəti yaz sessiyası 2017-ci ilin mayında Tbilisidə keçiriləcək.

Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Tbilisidə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq ilə Gürcüstan parlamentinin sədri David Usupaşvilinin görüşündə məlumat verilib.

Görüşdə NATO ilə Gürcüstan arasında əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqazda vəziyyət, regionda sülhün bərqərar olmasında parlamentlərin rolu, regional və qlobal təhlükəsizlik, antiterror əməliyyatlarında birgə iştirak və digər məsələlər müzakirə olunub.

Bildirilib ki, NATO PA-nın yaz sessiyasının Tbilisidə keçirilməsi barədə qərar Şimali Atlantika Alyansının Gürcüstana, eləcə də bütövlükdə Cənubi Qafqaz regionuna göstərdiyi diqqətin nümunəsidir.