Fələstin lideri Mahmud Abbas ötən əsrin 80-ci illərində KQB agenti kimi fəaliyyət göstərib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu barədə İsrail telekanalına müsahibəsində Yerusəlimdə yerləşən Yəhudi Universitetinin əməkdaşları bildirib.
Universitetin əməkdaşları Qideon Remez və İzabella Qinor məşhur “Mitroxin arxivi”ni tədqiq edəndən sonra bu qənaətə gəliblər. Adıgedən arxiv keçmiş KQB əməkdaşı Vasili Mitroxin tərəfindən Böyük Britaniyaya qaçırılmış sənədlər toplusundan ibarətdir. Həmin sənədlərdə KQB ilə əməkdaşlıq edən əcnəbi vətəndaşlar arasında 1935-ci ildə Fələstində anadan olmuş Mahmud Abbasın da adı keçir. Mahmud Abbasın Suriyanın paytaxtı Dəməşqdə KQB sıralarına cəlb edildiyi bildirilir. Həmin vaxt o, Fələstin Azadlıq Təşkilatının Dəməşqdəki qərargahının əməkdaşı imiş.Sənəddə o da qeyd olunur ki, Mahmud Abbas “Köstəbək” kod adıyla fəaliyyət göstərilirmiş.