Belçikanın sabiq nazirlərindən birinin meyiti tapılıb.
Lent.az-ın məlumatına görə, Belçikanın sabiq Dövlət naziri olan Stiv Stiverin meyiti Hasselt şəhərindəki su kanalından aşkar edilib. Sabiq nazir, eyni zamanda Flamand Sosialist Partiyasının sabiq rəhbəri olan 51 yaşlı Stiverin velosipedi və paltarları Albert su kanalının kənarında görülüb və daha sonra axtarışlara başlanılıb. Nəticə isə ürəkaçan olmayıb. Faktla bağlı araşdırmalar aparılır. Qeyd edək ki Stiv Stiver 1999-2003-cü illərdə Flamand bölgəsi üzrə Nəqliyyat naziri vəzifəsində çalışıb.