Türkiyə və ABŞ birgə əməliyyatlara qoşulur

Türkiyə və ABŞ birgə əməliyyatlara qoşulur backend

Türkiyə Suriyada yerlşən cihadçıların ölkədən təmizlənməsi üçün ABŞ-ın təşəbbüsünə qoşulduğunu bəyan edib.

Reutersin məlumatına görə, Ötən gün Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Çində keçirilən G-20 Sammitində bu barədə Barak Obama ilə aralarında danışıqlar olub. Danışıqlara görə iki ölkənin Suriyada birgə əməliyyatı Raqqa şəhərinə yönəlib. Məlumata görə əsas hədəf Türkiyə ilə sərhəddə olan Suriyanın şimalında kürdlərdən ibarət PYD qruplaşması və İŞİD terrorçularının bazasıdır. ABŞ höküməti də verdiyi bəyanatda bildirib ki, Suriyanin şimalında PYD qruplaşmasına və eləcə də cihadçılara qarşı müabrizədə Türkiyə dövlətini dəstəkləyir. Tərəflərin bu müttəfiqliyinin terrorçulara qarşı uğurlu layihə olacağına Konqress tərəfindən inam nümayiş olunur.
ABŞ hökuməti həmçinin Türkiyə ordusunun Suriyada Cerablus şəhərini İŞİD terrorçularından azad etmək üçün başlatdığı hərbi əməliyyata münasibət bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bildirib ki, Vaşinqton əməliyyata havadan dəstək verəcək.
M. Toner qeyd edib ki, əməliyyatla bağlı Türkiyə ilə bərabər Suriya Demokratik Qüvvələrinin təmsilçiləri ilə əlaqə saxlayırlar: "Həm Türkiyə, həm də Suriya Demokratik Qüvvələri ilə təmasdayıq. Gərginliyin artmamasına çalışırıq. Hər iki tərəfə ortaq düşmənin İŞİD olduğunu xatırladırıq".
Qeyd edək ki, Suriya Demokratik Qüvvələrinin əsasını PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qolu YPG və ərəb qüvvələr təşkil edir. Türkiyə PKK-nın Suriya qolunun Firat çayının qərbinə keçməsini özü üçün "qırmızı cizgi" elan edib. Ancaq ABŞ-ın söz verməsinə baxmayaraq, bir müddət əvvəl İŞİD-dən azad edilən Münbic şəhərindən YPG qüvvələri hələ də çıxmayıb. PYD Münbicdən sonra əsas hədəfinin Cerablus olduğunu bəyan etmişdi. Cerablus Suriyanın şimalı, Türkiyənin cənubunda kürdlərin əlindəki əraziləri ayıran yeganə məntəqədir. Kürd qüvvələri bu məntəqəni də ələ keçirərsə, Suriyanın şimalında kürd zolağı tamamlanmış olacaq. Bu səbəblə, Türkiyə Cerablusun kürdlər yox, Azad Suriya Ordusu tərəfindən azad edilməsinə çalışır.

Rüfət Soltan