Türkiyədə “İnqilabçı Xalq Qurtuluş Partiyası – Cəbhəsi” (DHKP-C) terror təşkilatının ölkədə bir sıra terror aktları hazırlaması barədə yayılan məlumatlardan sonra ölkənin bütün vilayətlərində təhlükəsizlik tədbirləri gücləndirilib.
Trend xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən "Haber7" kanalı terrorçuların Türkiyədə polis bölmələrinə hücumlar və dövlət məmurlarına qarşı sui-qəsdlər həyata keçirməyə hazırlaşması barədə məlumat yayıb.Son günlər İstanbulda bir neçə terror aktı törədilib. İlkin məlumatlara görə, polisin keçirdiyi terror əməliyyatı nəticəsində DHKP-C ilə əlaqədə şübhəli bilinən 10 nəfər saxlanılıb.