İŞİD-çilərin evi partladıldı

İŞİD-çilərin evi partladıldı backend

Dağıstanda İŞİD silahlıları ilə mübarizə davam edir. Yaxın Şərqi qana bulayan İŞİD terror qruplaşmasının bir sıra ölkələrdə gizli şəkildə fəaliyyət göstərən üzvləri mövcuddur. Bu barədə “CNN” xəbər verib.

Xəbərdə bildirilir ki, törətdikləri vəhşiliklərlə islam dini adına ləkə gətirən İŞİD silahlıları fəaliyyətlərini genişləndirmək üçün dünyanın bəzi ölkələrində onlarla əlaqə quran şəxsləri müəyyən informasiya ilə təmin edərək, qruplaşmaya qoşulmağı, yaxşı şəraitdə ayşamağı və d. təkliflər edirlər. Bu kimi fəaliyyətlərdən xəbər tutan Rusiya təhlükəsizlik xidməti xüsusi təyinatlı “Spestnaz”ların köməyi ilə Dağıstan Respublikasında yaşayan İŞİD-çilərin evinə hücum olub.

Xüsusi təyinatlılar onların yaşadığı evi üzbəüz binadan atəşə tutaraq, evi partladıblar.

Hücum zamanı İŞİD-in Dağıstandakı əsas adamlarından biri hesab edilən Şaban Xasanov ilə yoldaşları məhv edilib.
Diaspora