Suriyanın şimalında İŞİD silahlıları ilə döyüş zamanı Türkiyənin iki hərbçisi həlak olub, daha beşi isə yaralanıb.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.Məlumata görə, Suriyanın Carablus şəhəri yaxınlığında keçirilən “Ərəfat qalxanı” əməliyyatında iştirak edən Türkiyə ordusunun iki tankı İŞİD silahlılarının hücumuna məruz qalıblar.